Messinin gözləntisi
22.04.2022 - 20:40
Messinin gözləntisi

Lionel Messi zədədən sonra bərpa olunub.

Apasport.az saytının məlumatına görə, PSJ-nin argentinalı hücumçusu Liqa1-in “Lans”la oyununda iştirak edə bilər.

35 yaşlı futbolçu bu gün komanda ilə məşqə də qatılıb. Zədə üzündən “Anje” ilə qarşılaşmada Paris təmsilçisinə kömək etməyən hücumçu artıq meydana çıxmağa hazırdır.

Qeyd edək ki, PSJ “Lans”la sabah görüşəcək.