Messinin dönüşü yubanır
13.01.2022 - 11:55
Messinin dönüşü yubanır

PSJ-nin hücumçusu Lionel Messinin dönüşü yubana bilər.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard koronavirusdan sağaldıqdan sonra tam forma yığa bilməyib.

Argentina millisinin kapitanı parislilərin dünənki məşqini kollektivlə birlikdə keçməyib. Bu səbəbdən onun Liqa1-in XXI turunda “Brest”lə matçı buraxma ehtimalı var. Messidən fərqli yarımmüdafiəçilər Anxel Di Mariya, Yulian Draksler və qapıçı Canluici Donnarumma ümumi qrupla məşqlərdə iştirak edib.

Qeyd edək ki,  yanvarın 15-də keçiriləcək PSJ – “Brest” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.