Messinin qərarı: “Parisdə qalıram”
21.04.2022 - 00:45
Messinin qərarı: “Parisdə qalıram”

Lionel Messinin gələcək karyerası ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu növbəti mövsümü də PSJ-də keçirməyə qərar verib.

Cənubi amerikalı ulduz müqaviləsi bitmədən Fransadan ayrılmaq niyyətində deyil. Onun anlaşması 2023-cü ilin yayında başa çatacaq. Messi Paris təmsilçisi isə Çempionlar Liqasını qazanmadan klubdan ayrılmaq istəmir.

Qeyd edək ki, Lionel cari mövsümün 29 oyununda 8 qol və 13 assistə imza atıb.