Məğlubiyyətsiz “Qarabağ”, qeyri-stabil “Neftçi, uğursuz “Keşlə” – baş məşqçilərsiz oyun
19.12.2020 - 15:35
Məğlubiyyətsiz “Qarabağ”, qeyri-stabil “Neftçi, uğursuz “Keşlə” – baş məşqçilərsiz oyun

Azərbaycan Premyer Liqasında 19 günlük fasilə başa çatır.

Apasport.az saytının məlumatına görə, dekabrın 20-də mübarizə qaldığı yerdən davam edəcək.

Koronavirus pandemiyasına yoluxmalar səbəbindən təxirə salınan XII turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

Turun açılış matçı Qəbələdə olacaq. Lider “Qarabağ” ilk dövrədə 3:0 hesabı ilə məğlub etdiyi “Qəbələ”nin qonağı olacaq. Çempionatda yeganə yenilgisini III turda “Neftçi”dən alan Ağdam təmsilçisi 3 aylıq uğurlu seriyanı davam etdirmək niyyətindədir. Zədə və koronavirusla əlaqədar ciddi itkiləri olmasına baxmayaraq, Qurban Qurbanovun yetirmələri oyunun aşkar favoritidir.

Autsayder “Səbail” ondan cəmi 3 xal öndə olan “Keşlə” ilə üz-üzə gələcək. Uğursuz mövsüm keçən komandalar son 6 matçda aktivlərinə cəmi 1 qələbə yazdıra biliblər. Heyətlə bağlı bəzi problemləri olan “Keşlə”nin ən böyük itkisi baş məşqçi Yunis Hüseynovdur. 55 yaşlı çalışdırıcı koronavirusa yoluxduğu üçün texniki zonadakı yerini ala bilməyəcək. Həmçinin “Səbail”in baş məşqçisi Aftandil Hacıyev də bu virusdan əziyyət çəkir. Bir sözlə, bu görüş baş məşqçilərsiz keçəcək.

“Qarabağ”la eyni sayda xal toplayan “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Maraqlıdır ki, 5 oyundur məğlubiyyət üzü görməyən Rəşad Sadıqovun kollektivi sonuncu dəfə VI turda məhz “gənclik şəhəri” təmsilçisinə uduzub. “Sumqayıt”da isə vəziyyət heç də ürəkaçan deyil. Axır 3 görüşdə rəqiblərinə yenilən “kimyaçılar”da baş məşqçi Ayxan Abbasovun meydana buraxacağı “11-lik” də maraqla gözlənilir. Çünki koronavirusdan bu gün sağaldığı açıqlanan 10 futbolçu hələ məşq keçməyib. Bu baxımdan bakılılar qələbəyə daha yaxın görünür.

Tura “Bank Respublika Arena”da yekun vurulacaq. Liderlər qrupunda qərarlaşan “Neftçi” autsayderlər zonasında yer alan “Sabah”ın qonağı olacaq. Komandalar son üç turda eyni nəticələrə imza atıblar – 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. Üstəlik, hər iki tərəfdə az sayda da olsa, itki var. “Qarabağ” və “Zirə”nin qələbə qazanmaq ehtimalının yüksək olduğu turda “ağ-qaralar” ən azı zirə yarışından uzaq düşməmək üçün mütləq aktivinə 3 xal yazdırmalıdır.

Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” və “Sabah” – “Neftçi” oyunları “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XII tur
20 dekabr
15:00. “Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu

16:00. “Keşlə” – “Səbail”
“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

17:15. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

1

Qarabağ

10

5

4

1

27-7

19

2

Zirə

11

5

4

2

12-9

19

3

Neftçi

11

5

3

3

11-13

18

4

Sumqayıt

11

4

3

4

13-16

15

5

Keşlə

11

3

4

4

12-16

13

6

Qəbələ

11

2

5

4

9-18

11

7

Sabah

11

3

1

7

11-14

10

8

Səbail

10

2

4

4

11-13

10

Bombardirlər: Əli Qurbani (“Sumqayıt”), Filip Ozobiç, Mahir Emreli (hər ikisi “Qarabağ”), Namiq Ələsgərov (“Neftçi”) - 6 qol

0
Premyer Liqa XII tur Sabah - Neftçi