Məhkəmə UEFA-ya qoyulan qadağanı ləğv etdi
22.04.2022 - 00:09
Məhkəmə UEFA-ya qoyulan qadağanı ləğv etdi

UEFA Superliqanın yaradıcısı olan klubları cəzalandıra bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Madrid məhkəməsi verib.

Hakim Sofiya Xilin qərarı ilə Superliqanın yaradıcılarını cəzalandırmaqla bağlı UEFA-ya qoyulan qadağa aradan qaldırılıb. Bu qadağa ləğv edildikdən sonra “Real”, “Barselona” və “Yuventus”a qarşı sanksiyalar qoyula bilər. Məhkəmə iyunun 14-də davam etdiriləcək.