Məhkəməsi başa çatdı - Yozef Blatterin
02.06.2020 - 23:16
Məhkəməsi başa çatdı - Yozef Blatterin

FİFA-nın sabiq prezidenti Yozef Blatterlə bağlı açılan məhkəmə işi başa çatıb.

Apasport.az xəbər verir ki, bu barədə keçmiş rəhbər özü məlumat verib.

O bildirib ki, dünya çempionatının yarım hüquqlarını qeyri-qanuni yolla satmaqda günahlandırıldığına dair aparılan araşdırma yekunlaşıb: "Bu gün mənə rəsmi məlumat verildi ki, federal prokurorluq istintaqı bağlamaq qərarına gəlib".

Qeyd edək ki, Yozef Blatter iki dünya çempionatının yayım hüququnu Karib Futbol İttifaqına (CFU) bazar dəyərindən aşağı qiymətə satmaqda ittiham olunurdu.
 

0