Məhsuldar gündə, yenə səfərdə - millimiz
26.05.2021 - 12:01
Məhsuldar gündə, yenə səfərdə - millimiz

Azərbaycan millisi tarixində ikinci dəfə mayın 27-də meydana çıxacaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazinin yetirmələri sabah Alanyada Türkiyə ilə görüşəcək.

Bunadək komandamız bir dəfə eyni tarixdə oyun keçirib. Həmin qarşılaşma 25 il əvvəl baş tutub.

Millimiz Belarusla görüşüb. İndiki kimi 1996-cı ildə də səfərdə meydana çıxan yığmamız Molodeçnodaya oynayıb. Məhsuldar keçən yoldaşlıq görüşündə 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.
 

0