Azərbaycan Premyer Liqasının XIV turu “Qarabağ”ın futbolçusu Miçel üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, tam adı Markus Madera olan ispaniyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Bu yubiley “Keşlə” ilə ev matçına (2:2) təsadüf edib.
Premyer Liqada 2015/16 mövsümündə debüt edən Miçel indiyədək keçirdiyi 100 qarşılaşmada 16 qol vurub.
Ölkəmizdə yalnız bir klubda çıxış edən yarımmüdafiəçi cari mövsümdən başqa hər çempionatda qol vurub: 2015/16 – 24 oyun (4 qol), 2016/17 – 25 oyun (4 qol), 2017/18 – 23 oyun (3 qol), 2018/19 – 19 oyun (5 qol), 2019/20 – 9 oyun.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı