Mikel Arteta sağaldı - koronavirusdan
10.04.2020 - 22:59
"Arsenal"ın baş məşqçisi Mikel Arteta koronavirus pandemiyasına qalib gəlib.
Apasport.az saytının məlumatına görə, bunu gənc mütəxəssis özü açıqlayıb.
İspaniyalı çalışdırıcı son testin nəticəsinin mənfi çıxdığını və virusdan tam qurtulduğunu söyləyib: "Ailəm, qohumlarım, tanıdığım bir çox insan bu qarışıq vəziyyətlə mübarizə aparır".
38 yaşlı Arteta həyat yoldaşına və tanıdığı başqa bir insana da virusu yoluxdurduğunu, lakin onların da sağaldıqlarını vurğulayıb.
0
0