Milli Moldovaya qalib gəldi
23.10.2019 - 18:14
Milli Moldovaya qalib gəldi

Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 

APA-nın məlumatına görə, milli Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Futbolçularımız 2:0 hesablı qələbə qazanıb. Qolları Amin Qarayev və Ayxan Süleymanlı vurub.

Qeyd edək ki, oktyabrın 25-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.