Milli komandanın baş məşqçisi istefa verdi
19.11.2019 - 23:35
Milli komandanın baş məşqçisi istefa verdi

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

Apasport.az saytının məlumatına görə, buna AVRO-2020-nin seçmə mərhələsinin nəticələri səbəb olub.

Final mərhələsinə yüksələ bilməyən yığma son turda İspaniyaya böyük hesabla (0:5) uduzub. Bu üzdən 2017-ci ilin sentyabrından millini çalışdıran K.Kontra vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Rumıniya seçmə mərhələdə İspaniya, İsveç və Norveçdən sonra 4-cü yeri tutub. K.Kontranın yetirmələri yalnız Farer adaları və Litvanı qabaqlayıb.