Sabah Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində çıxışını başa vuracaq.
Apasport.az saytının məlumatına görə, Slovakiyanın qonağı olacaq yığmamız tarixinin 14-cü finişi ərəfəsindədir.
İndiyədək 6 dəfə dünya, 6 dəfə Avropa və 1 dəfə Millətlər Liqası üçün mübarizə aparan komandamız qitə çempionatının seçmələrində 7-ci cəhdini də boşa verib. Əvvəlki 13 turnirin son oyunlarına baxsaq, milli finişlə bağlı ciddi problem yaşayıb.
Yığma heç vaxt son matçda qələbə qazanmayıb. Finiş sindromu olan komanda 13 belə görüşdən üçündə heç-heçə edib, 10 dəfə uduzub.
Son görüşlərdən beşində yığma böyük hesabla uduzub. Elə son iki turnirdə də darmadağın qeydə alınıb. DÇ-2018-in son seçmə oyununda Almaniya, Millətlər Liqasının finişində isə Kosovo 4 top fərqi ilə qalib gəlib.
Millinin rəsmi turnirlərdəki son oyunları
15 noyabr 1995. Trabzon. AÇ. Azərbaycan – Polşa – 0:0
11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan – 5:0
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya – 0:1
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan – 3:0
11 oktyabr 2003. Reco di Kalabriya. AÇ. İtaliya – Azərbaycan – 4:0
12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan – 2:0
21 noyabr 2007. Bakı. AÇ. Azərbaycan – Belçika – 0:1
14 oktyabr 2009. Bakı. DÇ. Azərbaycan – Rusiya – 1:1
11 oktyabr 2011. İstanbul. AÇ. Türkiyə - Azərbaycan – 1:0
15 oktyabr 2013. Bakı. DÇ. Azərbaycan – Rusiya – 1:1
13 oktyabr 2015. Sofiya. AÇ. Bolqarıstan – Azərbaycan – 2:0
8 oktyabr 2017. Kayzerslautern. DÇ. Almaniya – Azərbaycan – 5:1
20 noyabr 2018. Priştina. ML-D. Kosovo – Azərbaycan – 4:0