Milli tarixində 235-ci
19.11.2019 - 23:01
Milli tarixində 235-ci

AVRO-2020-nin seçmə mərhələsinin son oyunu Azərbaycan millisində debütlə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, Vüsal İsgəndərli yığmada ilk matçını keçirəcək.

25 yaşlı yarımmüdafiəçinin debütü Slovakiya ilə Trnavadakı matça təsadüf edəcək. O, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmaya ilk dəqiqələrdən çıxacaq.

Baş məşqçi Nikola Yurçeviç “Keşlə”nin oyunçusunu start heyətinə daxil edib. V.İsgəndərli millinin tarixinə 235-ci futbolçu kimi düşəcək. Bu matçadək 234 oyunçu yığmanın heyətində meydana çıxıb.

Qeyd edək ki, oyunun protokolunda adı olan daha üç futbolçu meydana çıxsa, debütünü gerçəkləşdirəcək. Bunlar Mehdi Cənnətov, Şəhriyar Əliyev və Elvin Camalovdur.