Milli üzvü Avropaya qayıtmaq istəyir
15.04.2022 - 16:05
Kolumbiya millisinin futbolçusu Hames Rodriges Avropa arzusundadır.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi yenidən “Köhnə qitə”də oynamağı planlaşdırır.
Qətərin “Əl-Rəyyan” klubunda çıxış edən Hames İspaniyaya köçmək niyyətindədir. Cənubi amerikalı “Atletiko”da oynamaq fikrindədir.
2021-ci ildə Asiya təmsilçisinə keçən yarımmüdafiəçinin müqaviləsi 2024-cü ilin yayına qədərdir. Lakin kolumbiyalı bu yay Avropaya dönməyə can atır.
Qeyd edək ki, Rodriges Qətər klubunda keçirdiyi 14 oyunda 5 qol və 7 assistə imza atıb.
0
0