Millidən imtina etdi: “İldə üç dəfə məşq keçmək istəmirəm”
11.04.2022 - 18:09
Millidən imtina etdi: “İldə üç dəfə məşq keçmək istəmirəm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İtaliya millisini çalışdırmaq təklifi alıb.

Apasport.az saytının məlumatına görə, bunu təcrübəli mütəxəssis özü açıqlayıb.

Ancaq o, özünü Skuadra Adzurranın sükanı arxasında görmədiyini bildirib. Ançelotti yığmada işləmək variantını düşünmədiyini söyləyib: “Fikrimi dəyişməyincə millini çalışdırmayacağam. İldə üç dəfə məşq keçmək istəmirəm”.

Qeyd edək ki, 63 yaşlı mütəxəssis karyerası ərzində heç vaxt yığma komanda çalışdırmayıb.