Millimiz 2 pillə gerilədi
24.01.2022 - 21:48
Avropa çempionatında uğursuz start futzal üzrə Azərbaycan millisinin dünya reytinqindəki mövqeyini təsirsiz ötüşməyib.
Apasport.az saytının məlumatına görə, ilk turda Gürcüstana 2:3 hesabı ilə uduzan Joze Alesio da Silvanın yetirmələri 2 pillə geriləyib.
Hesabında 1342 xal olan yığmamız dünyanın 16-cı komandasıdır. Yarış ərəfəsində millimiz 14-cü sırada qərarlaşmışdı.
Komandamız iki yığmanı özündən önə buraxıb. Bunlar Yaponiya və Serbiya milliləridir.
Qeyd edək ki, siyahıya 1793 xala malik İspaniya başçılıq edir.
0
0