Millimiz Podqoritsada uduzdu
06.12.2019 - 15:56
Millimiz Podqoritsada uduzdu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, millimiz Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 2-ci matçda qüvvəsini sınayıb.

Yığmamız Monteneqronun eyni yaş qrupuna aid komandası ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında 2 gün əvvəl keçirilmiş ilk oyunda yığmamız 1:0 hesabı ilə qalib gəlib.