Millimiz dünya reytinqində irəlilədi
27.01.2022 - 22:06
Millimiz dünya reytinqində irəlilədi

Avropa çempionatında qrup mərhələsinin ikinci turu başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları yığmaların dünya reytinqinə də təsir edib.

İspaniya ilə 2:2 hesablı heç-heçə edən Azərbaycan millisinin də mövqeyi dəyişib. Yığmamız 15-ci pilləyə yüksəlib.

İlk turda Gürcüstana 2:3 hesabı ilə uduzan Joze Alesio da Silvanın yetirmələri 14-cü pillədən 16-cı yuvarlanmışdısa, bu dəfə bir mövqeyi qaytarıb. Hesabında 1342 xal olan yığmamız Serbiyanı arxada qoyub.

Qeyd edək ki, siyahıya 1793 xala malik İspaniya başçılıq edir.