DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri Bakıdakı toplanış çərçivəsində Özbəkistanla qarşılaşıb.
Görüş Bakı İdman Sarayında baş tutub. Yanvarın 21-də keçirilən ilk yoxlama oyununda 2:3 hesabı ilə uduzan milli həmin məğlubiyyətin əvəzini çıxa bilib. Komandamız rəqibinə 4:3 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
22 yanvar
20:00. Azərbaycan – Özbəkistan – 4:3
Qollar: Oliveyra Da Nascimento Vassora, 3, Tyago Telles Martins Bolinya, 13, Eduardo Borges, 15, İsa Atayev, 36 - İlhamjon Hamroyev, 10, İxtiyar Ropiyev, 26, Sunnatilla Jorayev, 29
Bakı İdman Sarayı
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA