Milli komandaların FİFA reytinqi ilə bağlı təxmini cədvəl açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yığmaların fevralın 20-də dərc olunacaq siyahıdakı yerləri ilə bağlı ehtimallar müəyyənləşib.
Hesabat dövründə milli komandalar səviyyəsində matçların azlığı dəyişikliklərin cüzi olması ilə nəticələnəcək. Təxmini cədvələ əsasən Azərbaycan milli komandasının da mövqeyi bəllidir.
Heç bir görüşə çıxmayacaq yığmamız fevral reytinqində 1177 xalla 114-cü pillədə qərarlaşacaq. Baş məşqçisiz olan komanda bununla da ötən ilin dekabrındakı mövqeyini qoruyacaq.
Millimiz 113-cü olan Tailanddan bir xal geridə olacaq. Ən yaxın izləyicimiz Kosovonun aktivində isə 1174 xal qalacaq.
Qeyd edək ki, cədvəlin ilk pilləsində qərarlaşan Belçika 1765 xala zirvədə qalacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı