Azərbaycan millisi bu gün Latviya ilə yoldaşlıq oyunu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi indiyədək uduzmadığımız azsaylı rəqiblərdən biridir.
Yığmamız bu komanda ilə 4 dəfə üz-üzə gəlib və məğlubiyyət görməyib. Ümumiyyətlə isə millimizin ən azı 2 dəfə qarşılaşdığı və uduzmadığı rəqiblərin sayı 10-a bərabərdir.
Ən münasib rəqib 5 dəfə uduzmadığımız Andorradır. Bu gün yığmamız uduzmasa, Latviya da Andorraya çatacaq.
Millinin ən azı 2 dəfə görüşüb uduzmadığı komandalar
1. Andorra - 5
2-3. Latviya - 4
Qırğızıstan - 4
4-6. Kipr - 3
Bəhreyn - 3
Farer adaları - 3
7-10. Küveyt - 2
İordaniya - 2
Tacikistan - 2
San-Marino - 2