Millimiz yenə uduzdu - Gürcüstana
08.06.2021 - 22:46
Millimiz yenə uduzdu - Gürcüstana

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoldaşlıq oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, gürcüstanlı həmyaşıdları ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. 

Millimizin qolunu 68-ci dəqiqədə Musa Məmmədov vurub. 

Qeyd edək ki, bu komandalar arasında iyunun 5-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.