Millimizdən qollu heç-heçə - əvəzedicilərlə
14.09.2020 - 09:36
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan millimiz hazırlıq çərçivəsində “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. U-17-in heyətində Ayxan Süleymanlı fərqlənib.
0
0