Futzal üzrə Azərbaycan millisinin üzvləri Qallo və Rövşən Hüseynlidən PCR testi götürülüb.
Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu gün testin nəticəsi açıqlanıb.
Hər iki futzalçıda nəticə pozitiv çıxıb. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantinin sonuncu günü 27 yanvardır. Bu isə o deməkdir ki, Qallo və Hüseynli Avropa çempionatının qrup mərhələsində Gürcüstan və İspaniya ilə oyunları buraxacaq.
Dünən oyunöncəsi məşqdə iştirak üçün yığma üzvlərindən COVİD-19 anticism analizləri götürülmüş, Qallo və Hüseynlinin testlərinin nəticəsi pozitiv çıxmışdı.
Qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVİD-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativdir.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında ilk oyununu bu gün Gürcüstana qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.