Millimizin oyunlarının yeri dəqiqləşdi
01.03.2022 - 11:28
Millimizin oyunlarının yeri dəqiqləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarının vaxtı və yeri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, aprelin 7-də Bosniya və Herseqovina və 12-də Danimarka komandalarına qarşı keçiriləcək oyunların stadionu və başlama vaxtı müəyyənləşib.

Hər iki matç DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq. Bosniya və Herseqovina ilə oyun saat 17:00-da Sarayevodakı “Grbavica” stadionunda, Danimarka ilə qarşılaşma saat 20:00-da Viborqdakı “Viborq” stadionunda keçiriləcək.