DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda daha bir oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, V tur çərçivəsində Serbiya ilə Lüksemburq üz-üzə gəlib.
Üç gün əvvəl öz meydanında yığmamızı 2:1 hesabı ilə məğlub edən lüksemburqlular eyni uğuru Belqradda təkrarlaya bilməyib. Serblər Aleksandar Mitroviçin birinci hissədə (22 və 35-ci dəqiqələrdə) dublu sayəsində önə keçib. 77-ci dəqiqədə Olivye Til lüksemburqluları ümidləndirsə də, ev sahibləri daha iki dəfə fərqlənib. Əvvəlcə 82-ci dəqiqədə Maksim Şanot avtoqola imza atıb. 90+6-cı dəqiqədə isə Nikola Milenkoviç son nöqtəni qoyub.
Nəticədə 4:1 hesablı qələbə qazanan Serbiya 10 xala malik Portuqaliya ilə xallarının sayını bərabərləşdirib və turnir cədvəlində liderliyə yüksəlib.
Qeyd edək ki, sentyabrın 7-də Serbiya seçmə mərhələ matçında İrlandiyanın qonağı olacaqsa, Lüksemburq Qətərlə yoldaşlıq görüşündə qarşılaşacaq.
|
1 |
Serbiya |
4 |
3 |
1 |
0 |
11-6 |
10 |
|
2 |
Portuqaliya |
4 |
3 |
1 |
0 |
8-4 |
10 |
|
3 |
Lüksemburq |
4 |
2 |
0 |
2 |
5-8 |
6 |
|
4 |
İrlandiya |
4 |
0 |
1 |
3 |
4-7 |
1 |
|
5 |
Azərbaycan |
4 |
0 |
1 |
3 |
3-6 |
1 |