Millimizin rəqiblərindən qələbə
29.03.2022 - 22:01
Millimizin rəqiblərindən qələbə

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqibləri yoldaşlıq görüşlərində qüvvəsini sınayıb.

Apasport.az saytının məlumatına görə, Belarus ev, Slovakiya isə səfər matçına çıxıb.

Bəhreyni qəbul edən Belarus yığması 1:0 hesablı qələbəyə sevinib. Yeganə qola 45+1-ci dəqiqədə Andrey Solvey imza atıb.

Slovakiya isə Finlandiyanı səfərdə 2 cavabsız topla üstələyib. Slovakiyalılara qələbə gətirən qolların müəllifi Andrey Duda (38-ci dəqiqə) və Erik Jirka (72) olub.

Qeyd edək ki, Millətlər Liqasında mübarizəyə iyunda start veriləcək. Azərbaycan yığması C liqasının III qrupunda Belarus, Slovakiya və Qazaxıstanla mübarizə aparacaq.