Aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının keçmiş futbolçusu Ziya Əzizov həvəskar klubla anlaşıb.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Niderlandın “Trinitas” klubunda çıxış edəcək.
2020-ci ilin yayında bir il formasını geyindiyi “Keşlə”dən ayrıldıqdan bəri klubsuz qalan Əzizov böyüdüyü Oysterveyk şəhərinin təmsilçisi ilə münasibətləri rəsmiləşdirib. Milliləşdirilmiş oyunçu səhhətindəki problemlərə görə peşəkar futbolçu kimi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “Den Boş”un yetirməsi olan Ziya Əzizov Azərbaycanın U-17, U-19, U-20 və U-21 yığmalarına çağırılıb.