Millimizin skautu: “Özü ilə danışdım, dedi ki, azərbaycanlı deyil”
26.04.2022 - 12:24
Azərbaycan millisinin skautu İlqar Qurbanov “Legiya”da çıxış edən Ramil Mustafayevlə əlaqə saxlayıb.
Bu barədə apasport.az saytına Qurbanov özü açıqlama verib.
O bildirib ki, 19 yaşlı müdafiəçi ilə maraqlansa da, Mustafayev seçimini Polşanın xeyrinə edib: “Ramil barədə ətraflı məlumat əldə etmişdim. Mahaçqalada anadan olmasına baxmayaraq, heç Rusiya yığmasında da oynamaq istəmədi. Özü ilə danışmışam, bildirdi ki, azərbaycanlı deyil. Polşa millisində oynamaq istədiyini söylədi”.
Qeyd edək ki, Ramil Mustafayev Polşa vətəndaşlığını almaq üçün rəsmi müraciət edib.
0
0