Millimizin üzvü İspaniyada cəzalandı
25.11.2019 - 01:45
Millimizin üzvü İspaniyada cəzalandı

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz Sequndada çıxış edən “Albasete”nin “Mirandes”lə ev matçında şans qazanıb.

Start heyətində meydana çıxan yarımmüdafiəçi 90 dəqiqə mübarizə aparıb. 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalanan E.İsrafilov komandasına məğlubiyyətdən qaçmaqda kömək edə bilməyib – 1:2.

Qeyd edək ki, 17 turdan sonra 25 xala malik “Albasete” 9-cu pillədə qərarlaşıb.