Millimizlə oyuna itkilərlə çıxacaq - İrlandiya 
08.09.2021 - 10:36
Millimizlə oyuna itkilərlə çıxacaq - İrlandiya 

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki növbəti rəqibi olan İrlandiya yığması itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, ada təmsilçisi oktyabrın 9-da Bakıda keçiriləcək matçda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar Alan Braun və Ceyson Molumbidir. Hər iki oyunçu mərhələdə 2-ci sarı vərəqəni alıb. Bu yarımmüdafiəçilər Serbiya ilə ev görüşündən (1:1) sonra cəzalı duruma düşüblər.

Maraqlıdır ki, hər iki futbolçu bu sarı vərəqələri ardıcıl son iki turda alıb. Onlar sentyabrın 4-də Azərbaycan, 7-də Serbiya ilə qarşılaşmada xəbərdarlıq görüb.

Qeyd edək ki, Molumbi tsiklin əvvəlki 5 matçının hamısında meydana çıxıb. 4 dəfə meydana çıxan Braunun aktivində 1 qol var.