Millinin baş məşqçisi geri qaytarılır
27.04.2020 - 00:53
Millinin baş məşqçisi geri qaytarılır

“Millinin baş məşqçisi Vladimir Vayssın federasiya ilə müqaviləsi martın sonunda başa çatıb. Bu üzdən hazırda Gürcüstan yığmasının baş məşqçisi yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili deyib.

O bildirib ki, hazırda baş məşqçisiz olan yığmaya Vladimir Vayssı qaytarmaq niyyətindədir: “Mütəxəssis bizim mövqeyimizi bilir. Biz əməkdaşlığı davam etdirmək və komandanı AVRO-2020-nin pley-off matçlarında məhz onun hazırlamasını istəyirik. Vayss yığmada işinə davam etməyin əleyhinə olmasa da, hələ müqavilə imzalanmadığından əminliklə nə isə deyə bilmərəm. Ümid edirəm ki, hər şey müsbət həll olunacaq. Pley-offun keçirilməməsi mümkün deyil. Çünki AVRO-2020-yə 4 vəsiqənin sahibi müəyyənləşməlidir. Böyük ehtimalla Belarusla matçımız noyabrda keçiriləcək”.

Qeyd edək ki, müqaviləsi ötən ay başa çatan Vayss 2016-cı ilin martında Gürcüstan yığmasına baş məşqçi təyin olunub.
 

0