Millinin futbolçusu 3 aylıq həbs edildi - evdən çıxdığı üçün
06.04.2020 - 00:42
Millinin futbolçusu 3 aylıq həbs edildi - evdən çıxdığı üçün

Serbiya millisinin futbolçusu Aleksandar Priyoviç karantin qaydalarını pozub.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu küçəyə çıxma qadağasına əməl etməyib.

Səudiyyə Ərəbistanı klubu "Əl-İttihad"ın formasını geyinən Priyoviç ölkəsinin paytaxtı Belqradda karantin qaydalarını pozarkən yaxalanıb. O, 19 nəfərlə bir otelin barında əylənərkən polis tərəfindən saxlanılıb.

Məhkəmənin qərarına əsasən, forvard 3 aylıq ev həbsi cəzasına məruz qalıb.