Millinin qapıçısı qayıdır
11.04.2022 - 13:04
Niderland millisinin qapıçısı Yasper Silessen karyerasını vətənində davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı qolkiperin xidmətində PSV maraqlıdır.
Silessinin şərəfini qoruduğu “Valensiya” da onu satmağa razıdır. İspaniya təmsilçisi maliyyə durumunu yaxşılaşdırmaq üçün bu addımı atacaq. Qolkiperin müqaviləsi 2023-cü ilin sonunda başa çatacaq.
Qeyd edək ki, Silessen cari mövsüm keçirdiyi 15 oyundan üçündə qapısını toxunulmaz saxlayıb.
0
0