Millinin qollarının yarısına imza atan hücumçusunun yarısı - FOTOSESSİYA
27.06.2021 - 14:49
AVRO-2020-nin 1/8 finalına yüksələn Ukrayna millisinə qrup səddini adlamaq üçün 4 qol kifayət edib.
Apasport.az saytının məlumatına görə, bu qolların yarısına Roman Yaremçuk imza atıb.
25 yaşlı hücumçu növbəti qollarına İsveçlə 1/8 final matçında imza atmağa hazırlaşır. Onun qollarına ən çox sevinən isə həyat yoldaşı Kristinadır.
Roman onunla hələ 16 yaşında olarkən tanış olub. Kristina özündən 2 yaş kiçik olan futbolçu ilə 9 ildir birlikdədir. Belçika “Gent”inin hücumçusu 2017-ci ildə Kristina ilə münasibətləri rəsmiləşdirərək ailə həyatı qurub.
0
0