Millinin sabiq futbolçusu öldü – 42 yaşında
29.11.2020 - 22:50
Seneqal millisinin sabiq futbolçusu Pap Buba Diop vəfat edib.
Apasport.az saytının məlumatına görə, sabiq yarımmüdafiəçi 42 yaşında dünyasını dəyişib.
O, uzun sürən xəstəlikdən sonra ölüb. Diop DÇ-2002-nin açılış oyununda həmin vaxt dünya çempionu statusu daşıyan Fransa ilə görüşdə qələbə qolunu vurmaqla məşhurlaşıb.
Qeyd edək ki, Seneqal millisində 63 oyuna 11 qol vuran yarımmüdafiəçi “Lans”, “Fulhem”, “Portsmut”, “Vest Hem” və AEK kimi klublarda çıxış edib. O, futbolçu karyerasını 2013-cü ildə başa vurub.
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
0
0