AVRO-2020-yə hazırlaşan İtaliya millisi ardıcıl 8-ci quru hesablı qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri yoldaşlıq oyununda Çexiyanın qapısından 4 cavabsız top keçirib.
Bu, komandanın tarixində ilk belə uğurlu seriyadır. İtaliya yığması bunadək ardıcıl 8 quru qələbə qazanmayıb.
Ümumilikdə isə “Skuadra Adzurra”nın məğlubiyyətsiz oyunlar seriyası 27-yə çatıb. Mançinin komandası milli tarixinin rekordunun 3 addımlığındadır. 1939-cu ildə italiyalılar 30 matçlıq seriyanı rəsmiləşdirib.
Qeyd edək ki, məğlubiyyətsizlikdə dünya rekordu İspaniyaya məxsusdur. Onlar 2007-09-cu illərdə 35 matçda uduzmayıb.