Millinin tarixində yeni rekord
16.11.2019 - 11:35
Millinin tarixində yeni rekord

Roberto Mançini baş məşqçisi olduğu İtaliya yığmasının tarixinə düşüb.

Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu postda ardıcıl 10 qələbə qazanan ilk baş məşqçi olub.

AVRO-2020-nin seçmə mərhələsinin IX turunda Bosniya və Herseqovinanı 3:0 hesabı ilə qalib gələn appeninlilər buna qədər ardıcıl olaraq ABŞ (1:0), Finlandiya (2:0), Lixtenşteyn (6:0), Yunanıstan (3:0), Bosniya və Herseqovina (2:1), Ermənistan (3:1), Finlandiya (2:1), Yunanıstan (2:0) və Lixtenşteyni (5:0) məğlub edib.

Bununla da R.Mançini əfsanəvi Vittiorio Potsonun 1938-ci ildəki rekordunu yeniləyib. 81 il öncə italiyalılar eyni baş məşqçi ilə ardıcıl 9 qələbə qazanmışdı.

Qeyd edək ki, bu 10 qələbədən 9-u AVRO-2020-nin seçmə oyunu, 1-i yoxlama matçı olub.