Milliyə qayıdır – Zlatan İbrahimoviç
27.11.2020 - 09:41
İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç İsveç yığmasının baş məşqçisi Yanne Andersson və federasiyanın baş katibi Xokan Şestrandla görüşüb.
Apasport.az saytının məlumatına görə, Milanda baş tutan görüşdə 39 yaşlı hücumçunun yığmaya qayıdışı müzakirə olunub.
Milli karyerasını 2016-cı ildə başa vuran forvard dönüşünü istisna etməyib. Tərəflər danışıqları davam etdirməyi razılaşdırıb.
Qeyd edək ki, İsveç yığmasında 116 matç keçirən Zlatan 62 qol vurub.
0
0