Millətlər Liqasının təqvimi açıqlandı
24.09.2019 - 22:53
Millətlər Liqasının təqvimi açıqlandı

UEFA Millətlər Liqasının 2020-2021 mövsümünün təqvimi açıqlanıb.

APA-nın məlumatına görə, ikinci dəfə keçiriləcək yarış yenə 4 divizionda baş tutacaq.

A, B və C liqalarında 16 komanda mübarizə aparacaq. Onlar gələn il martın 3-dəki püşkatmada hərəsində 4 yığma olmaqla 4 qrupa bölünəcək.

D liqasında 7 komanda çıxış edəcək. Avropanın ən zəifləri birində 4, digərində 3 yığma olan iki qrupa bölünəcək.

A liqası: Portuqaliya (son qalib), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxıstan

D liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Yarışın reqlamentinə görə, A liqasının qrup qalibləri final mərhələsində, sonuncuları B liqasına gedəcək.

B liqasında da 1-ci yer sahibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasına yuvarlanacaq.

Azərbaycan millisinin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək.

Bu iki uğursuzu D liqasında qrup qalibi olanlar əvəzləyəcək. Bu dəfə DÇ-2022-yə vəsiqələr oynanılmayacaq.

2020-ci il
Qrup mərhələsinin püşkatması
3 mart, Amsterdam (Hollandiya)

I tur
3-5 sentyabr
II tur
6-8 sentyabr
III tur
8-10 oktyabr
IV tur
11-13 oktyabr
V tur
12-14 noyabr
VI tur
15-17 noyabr
2021-ci il
Final mərhələsi

2-6 iyun

0
UEFA Millətlər Liqası təqvim