Miloş Bakraç: “Səbail” fərqi azaltdıqda, çətinlik də yaşadıq - MÜSAHİBƏ
08.12.2019 - 18:17
Miloş Bakraç: “Səbail” fərqi azaltdıqda, çətinlik də yaşadıq - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XIV turunun “Zirə” – “Səbail” oyunundan sonra meydan sahiblərinin futbolçusu Miloş Bakraç jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı monteneqrolu müdafiəçi komandasının 4:1 hesablı qələbəsinə şərh verib, Premyer Liqada mövsümün ilk yarısındakı çıxışı dəyərləndirib.

- “Səbail”ə 4:1 hesabı ilə qalib gəldiz. Qələbənin asan əldə olunduğunu demək mümkündürmü?
- Matça yaxşı başladıq. Bizim üçün tez qol vurmaq vacib idi. Bunu da bacardıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirdik. Layiqli qələbə qazandıq. 

- 3:0 hesabı ilə öndə olarkən rəqib fərqi azaltdı. Hətta minimuma da endirə bilərdi. Həmin vaxt nə baş verirdi?
- 2 top öndə olarkən bir az rahatlaşdıq. Üçüncü topdan sonra bu bir qədər də artdı. Amma “Səbail” fərqi azaltdıqda, çətinlik də yaşadıq. Bəli, ikinci qolu da vura bilərdilər. Lakin biz daha yaxşı oynadıq. 

- Turnir cədvəlində beşinci pillədə qərarlaşmısız. Qış fasiləsinədək olan çıxışınızı necə dəyərləndirərdiz?
- Hələ Azərbaycan kubokunun oyununu fikirləşirik. “Səbail”lə daha 2 dəfə qarşılaşmalıyıq. Bundan sonra qış fasiləsinə kimi olan dövrü dəyərləndirə bilərik. Baş məşqçi Zaur Həşimov 2 aydır birgə işləyirik və inanırıq ki, bizi qələbələr gözləyir.

- Bu qələbə “Səbail”i qarşıdakı kubok matçlarında asan keçəcəyinizə stimul verəcəkmi?
- Biz həmin matçlara belə yanaşsaq, qalib gələ bilərik. Amma hər bir oyuna fərqli baxış olur.

- Karyeranızda qısa müddətə eyni komanda ilə ardıcıl 3 matç keçirdiyiniz vaxt olub?
- Xeyr, belə şey olmayıb.

- Maraqsız gəlmir?
- Biz peşəkarıq. Bu bizim işimizdir. Püşk belə gətirdi və biz oynamalıyıq. 

- Demək olarmı, artıq Anastasios Papazoqlunu əsas heyətdən kənarlaşdırmısız?
- Bunu ancaq baş məşqçi deyə bilər. Heyəti o müəyyənləşdirir.