Mino Rayolanın müqaviləsi yayda bitəcək ən dəyərli futbolçuları
23.01.2022 - 15:36
Mino Rayolanın müqaviləsi yayda bitəcək ən dəyərli futbolçuları

Dünyanın ən tanınmış futbol menecerlərindən olan Mino Rayola bir çox ulduz futbolçu ilə əməkdaşlıq edir.

Apasport.az saytının məlumatına görə, Erlinq Haland, Mattiys de Liqt, Canluici Donnarumma kimi gənclərin agentliyini edən italiyalını bu yay hərəkətli günlər gözləyir.

Çünki Rayolanın bir çox oyunçusunun klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Həmin futbolçular arasında hazırkı transfer dəyəri ən yüksək olanlar bunlardır:

Pol Poqba (“Mançester Yunayted”) – 55 milyon avro
Alessio Romanyoli (“Milan”) – 20 milyon
Nussair Mazraui (“Ayaks”) – 20 milyon
Andrea Pinamonti (“Empoli”) – 16 milyon
Custin Klyuvert (“Nitsa”) – 14 milyon
Alfonse Areola (“Vest Hem”) – 12 milyon