Bu gün Azərbaycan millisi növbəti matçını keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız Belarusla görüşəcək.
Bu, iki komanda arasında 4-cü duel olacaq. İndiyədək rəqiblər 3 dəfə üz-üzə gəlib.
Bütün qarşılaşmalar indiki kimi yoxlama xarakterli olub. Maraqlıdır ki, bu oyunların biri neytral meydanda, biri yığmamızın, digəri rəqibin evində baş tutub.
İkinci dəfə millimiz səfərdə oynayacaq. Lakin 25 il əvvəl Molodeçnoda qonaq olan komandamız ilk dəfə Minskdə Belarusun bir nömrəli arenası olan “Dinamo” Milli Olimpiya Stadionunda meydana çıxacaq.
25 il öncə səfərdə məhsuldar heç-heçə edən komandamız sonrakı görüşlərdə eyni hesabla uduzub. Hər iki matçda belaruslular 1 qolla üstün olub. Qələbəyə, son iki sınaqda qola həsrət yığma sindromu bu gün qırmağa çalışacaq.
27 may 1996. Molodeçno. YO. Belarus – Azərbaycan - 2:2
26 fevral 2001. Albena. YO. Belarus – Azərbaycan - 0:1
23 mart 2018. Bakı. YO. Azərbaycan - Belarus - 0:1