Modriç “Real”la razılığa gəldi
23.04.2022 - 10:38
Modriç “Real”la razılığa gəldi

Luka Modriç “Real”la müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi İspaniya klubu ilə yeni anlaşma imzalamağa razılıq verib.

Tərəflər 2023-cü ilin yayına qədər nəzərdə tutulan sözləşməyə imza atacaq. Anlaşma xırda detalları ilə bağlı razılıq əldə olunduqdan sonra açıqlanacaq.

Qeyd edək ki, hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Luka cari mövsüm La Liqanın 24 oyununda 2 qol vurub.