Moldovaya uduzdu - millimiz
06.06.2021 - 15:32
Moldovaya uduzdu - millimiz

Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoldaşlıq oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, moldovalı həmyaşıdları qarşılaşan millimiz 0:2 hesabı ilə məğlub olub. 

Bu komandalar arasında iyunun 4-də keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə nəticələnib.