Mourinyo “Roma”nın oyununu avtobusdan izlədi
28.02.2022 - 15:11
Mourinyo “Roma”nın oyununu avtobusdan izlədi

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının İtaliya A seriyasının XXVII turunda “Speziya” ilə oyununu klub avtobusundan izləyib.

Apasport.az saytı xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin cəzalı olmasıdır.

Bir tur əvvəl “Verona” ilə görüşdə (2:2) hakimi təhqir etdiyi üçün iki oyunluq diskvalifikasiyaya məruz qalan Mourinyo “Speziya” ilə qarşılaşmada stadionun kənarında avtobusdan köməkçilərinə telefon vasitəsilə göstəriş verib.

“Canavarlar”ın qapıçı məşqçisi Nuno Santoş avtobusda çəkilən şəkli paylaşaraq, “Həbsxanada iPad televizoru var idi”, - yazıb.

Qeyd edək ki, “Roma” hazırda 44 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.