Mövsüm nə vaxt başlayır? – Premyer Liqada
27.05.2020 - 10:04
İngiltərə Premyer Liqasının 2020/21 mövsümü ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, təşkilatçılar çempionatı sentyabrın ortalarında başlamağı planlaşdırır.
Premyer Liqa rəhbərliyi klublara bununla bağlı təklif edəcək. Koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümünün bərpası, həmçinin yeni çempionat mayın 28-də müzakirə olunacaq.
Qeyd edək ki, cari mövsümün iyunun ortalarında bərpa olunacağı gözlənilir.
0
0