Mövsümün antirekordu – Premyer Liqamızda
01.03.2022 - 11:45
Mövsümün antirekordu – Premyer Liqamızda

Premyer Liqanın XVII turunda cəmi 6 qol vurulub.

Apasport.az saytı xəbər verir ki, orta məhsuldarlıq 1,50-yə bərabər olub.

Bu, mövsümün antirekordudur. Daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən çempionatın XXI turunda təsadüf olunub. Həmin vaxt 4 görüşdə cəmi 5 qol vurulub. Məhsuldarlıq 1,25-ə bərabər olub.

Qeyd edək ki, “Sabah”ın “Neftçi”yə, “Səbail”in “Zirə”yə eyni – 0:1 hesabı ilə, “Sumqayıt”ın “Qəbələ”yə 0:4 hesabı ilə uduzduğu turda “Keşlə” və “Qarabağ” qolsuz sülhə imza atıb.

0