Mövsümün futbolçusu olmağa 3 namizəd – Avropa Liqasında
17.09.2020 - 19:03
Avropa Liqasının 2019/20 mövsümünün ən yaxşısı adına namizədlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, mükafata üç iddiaçını UEFA müəyyənləşdirib.
Bunlar Ever Baneqa (Sevilya), Romelu Lukaku (İnter) və Bruno Fernandesdir (Sportinq/Mançester Yunayted).
Ötən mövsümün ən yaxşısı 2020/21 mövsümünün qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq. Tədbir oktyabrın 2-də İsveçrənin Nyon şəhərində baş tutacaq.
0
0