Azərbaycan çempionatının I divizionunda yeni mövsümün başlama vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, I turun oyun cədvəlinə əsasən ilk matçlar oktyabrın 1-də baş tutacaq.
İlk günün üç qarşılaşması eyni saatda başlayacaq. Ertəsi gün keçiriləcək “Turan Tovuz” - “Zaqatala” görüşünün yeri dəyişdirilib. Tovuz şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar olaraq I dövrənin qarşılaşması Zaqatalada keçiriləcək.
I divizion
I tur
1 oktyabr (cümə axşamı)
15:30. “Keşlə-2” – “Kəpəz”
“ASK Arena”
15:30. “Sumqayıt-2” – “Qarabağ-2”
“Kapital Bank Arena” (ehtiyat meydança)
15:30. “Neftçi-2” – “Sabah-2”
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)
2 oktyabr (cümə)
15:30. “Qaradağ Lökbatan” – MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
15:30. “Zaqatala” – “Turan Tovuz”
Zaqatala şəhər stadionu